Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda balıq ovuna qadağa qüvvəyə mindi 

Azərbaycanda balıq ovuna qadağa qüvvəyə mindi 

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib

 Moratorium sentyabrın 1-dək davam edəcək.

 Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

 Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik, eləcə də Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də