Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hakimləri təhqir edən baş məşqçi cəzalandırıldı

Hakimləri təhqir edən baş məşqçi cəzalandırıldı

AFFA İntizam Komitəsi U-14 Liqasında çıxış edən "Metak"ın baş məşqçisi Mehman Səfərovu 5 oyunluq cəzalandırıb.

Buna mütəxəssisin "Caspian"la görüşdə hakimləri təhqir etməsi səbəb olub.

U-13 Liqasında da eyni klubun baş məşqçisi olan mütəxəssis "Uğur"la matçda da "əməlindən" qalmayıb. Ona bu çempionatda 5 matçlıq cəza kəsilib.

Eyni hal Region Liqasında da yaşanıb. "Dirçəliş"in futbolçusu Nurlan Dadaşov "Marafon"la qarşılaşmada ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də