Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məsud Pezeşkianın qızı da Bakıya gəlib - FOTOLAR

Məsud Pezeşkianın qızı da Bakıya gəlib - FOTOLAR

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

Məsud Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub.

Xatırladaq ki, doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişməsi səbəbindən İranda keçirilən prezident seçkiləri zamanı da onun qızı Zəhra Pezeşkian müşayiət etmişdi...

Zəhra Pezeşkian digər xarici səfərlərdə də atasının yanında olub.


Pezeşkianın qızı Bakıda...

Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.

Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.

İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də