Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2-3 günə müharibə başlaya bilər - NAZİR

2-3 günə müharibə başlaya bilər - NAZİR

Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsi ilə Hindistan arasında 2-4 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb.

Bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

"Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Müharibənin yaxın iki, üç və ya dörd gündə başlaya biləcəyinə dair çox real ehtimal var", - deyə nazir vurğulayıb.

O, ölkəsinin suverenliyinə təhlükə yaranacağı və ya hərbi embarqo tətbiq olunacağı təqdirdə Pakistanın istənilən hərbi əməliyyata 100 faiz hazır olduğunu diqqətə çatdırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də