Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.
RegionTV.info xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.
Xəbəri paylaş