Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İspaniyada fövqəladə vəziyyət elan olundu

İspaniyada fövqəladə vəziyyət elan olundu

İspaniya Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, yardıma ehtiyac olan Madrid, Andalusiya və Ekstremadura bölgələrində fövqəladə vəziyyət qüvvədə olacaq.

Qeyd edək ki, İspaniya, Fransa, Portuqaliya və Andorrada elektrik enerjisi qəfil kəsilib. Yerli vaxtla saat 12:00-da başlayan problem İspaniya və Portuqaliyada nəqliyyat, rabitə, səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Eyni zamanda Madrid metrosu boşaldılıb, qatarlar dayanıb və hava limanları fəaliyyət göstərə bilməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də