Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Apteklərin çoxu tələblərə cavab vermir - Komitə sədri

Apteklərin çoxu tələblərə cavab vermir - Komitə sədri

Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur, həmin apteklərin tələblərə cavab verməsi sual altındadır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, bu sahədə kifayət qədər narazılıqlar var: “Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı da çox şikayət eşidirik . Bu məsələ ayrıca müzakirə mövzusudur. Dərmanların keyfiyyəti və əlçatanlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə tədbirlər keçirilməlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də