Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Məqsədim stilimi dəyişmək yox, gənc stilistə dəstək olmaq idi, ona görə də..."






Xalq artisti Gülyanaq Məmmədovanın bir neçə gün öncə stilist Fuad Şanel tərəfindən imicinin dəyişdirilməsi ilə bağlı pərəstişkarlarına müraciət edib.  

Müğənni Moderator.az-a açıqlamasında əslində gənc stilistə dəstək olmaq üçün belə bir addım atdığını bildirib:

“Əslində mən yeni bir imic axtarmıram. Sənətə gəldiyimdən bəri sadəliyimi qorumuşam və necə varamsa, ona üstünlük vermişəm. Yenə də öz stilimdə və imicimdəyəm. Bununla sadəcə gənc stilist Fuad Şanelə yeni bir yol, cığır açılmasında dəstək olmuşam. Ona görə də onun ilk işi müğənnilərdən mənimlə oldu və təklifinə etiraz etmədim. Qoy onlar üçün də yol açılsın, ölkəmizdə nə qədər peşəkar stilistlər olsa, o qədər xoşdur. İlk dəfə deyil ki, məni bəzəyirlər. Bundan öncə də stilist Pərviz və Anar məni bəzəmişdi. Kosnertlərimiz zamanı isə stilist Hürü xanım bizi bəzəyib. Demək istəyirəm ki, bizi müğənni olaraq nə qədər bəzəsələr belə, bu gün mən Gülyanaq olaraq öz səsimlə, ifamla tamaşaçı sevgisi qazanmışam. Yenə də o sadəliyə üstünlük verirəm. Burda məqsədim stilimi dəyişmək yox, gənc stilistə dəstək olmaq idi. Ona görə də təriflər çox olduğu kimi, tənqidlər də olmalıdır. Amma bəzən tamaşaçılarımız tənqidlə təhqiri səhv salırlar. Bəzi insanlar bunu düzgün yazmağı bacarmalıdırlar. 

Ümumiyyətlə, insanın xarici görünüşü nə qədər dəyişsə belə, əsas onun iç dünyası, qəlbi, gözəl əxlaqı, tərbiyyəsi yerində olsun. Çirkin əməllərdən uzaq olsun, xain və xəyanətdən uzaq olsun. Hətta əlil arabasnda gəzən və fiziki imkanlarını itirən insanlara belə mələk kimi baxmışam, çünki onları qüsurlu insan kimi təqdim etmək olmaz. Mənim aləmimdə qüsurlu insan çirkin əməlləri olan insanlardır.  Son zamanlar tanınmış və sadə vətəndaşlar gözəl görünmək üçün plastik əməliyyatlar etdirirlər. Bütün bunlar göz önündədir. Bunu sənətçilər yox, hətta evdar xanımlar da edirlər. Mən bunlara heç də pis baxmıram. Qoy insanlarımız həmişə gözəl görünsünlər. Amma Allaha şükür, mən heç bir plastik əməliyyat da etdirməmişəm. Hələ bu yaşımacan buna ehtiyacım da olmayıb. Sadəcə bir şeydən narazıyam ki, fotoda operatorun çəkiliş sistemi o qədər yaxından qabarıq şəkildə verilib ki, buna diqqət etməmişəm. Mən sonra Kiyevə getmişdim deyə Bakıya qayıdandan sonra gördüm. Ona görə əvvəldən diqqət etsəydim, müəyyən şeylərə təbii ki, icazə verməzdim. Təbii ki, çəkiliş zamanı kimin üzünü yaxından çəksən, adi bir nöqtəyə qədər qabarıq formada üzə çıxacaq, çünki işıqları o qədər yaxından qoymuşdular ki, heç gözlərimi belə aça bilmirdim. Fotoda göründüyü qədər üzümdə ləkələr yoxdur. İnsanlar məni çox vaxt makiyajsız görür. Ancaq efirə və toy məclislərinə gedəndə makiyajla gedirəm. Mənə yaxşı-pis nə yazıblarsa, özləri bilərlər. Bunlar tamaşaçının fikridir və onların fikirlərinə hörmətlə yanaşıram. Heç kimdən küsmürəm. Həmin stilist başqa bir müğənni xanımı da bəzəyib. Bir sözlə, biz bir stilistə dəstək olmuşuq. Mən xalqımı, millətimi sevirəm və yetər ki, onlar məni olduğum kimi sevsinlər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də