Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mədət Quliyevin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA

Mədət Quliyevin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.

Qurumun baş katibi Elnarə Musayeva AZƏRTAC-a bildirib ki, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.

Elnarə Musayeva yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilərin olacağını söyləyib.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də