Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlətə xəyanət işində YENİ QƏRAR

Dövlətə xəyanət işində YENİ QƏRAR

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

 Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də