Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2 milyon qəzzalı qida mənbələrindən məhrumdur

2 milyon qəzzalı qida mənbələrindən məhrumdur

Qəzza zolağında humanitar böhran daha da dərinləşir.

Bu barədə BMT sistemi çərçivəsində Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

 Məlumata gğrə, təxminən 2 milyon insan, əsasən məcburi köçkünlər, hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını tamamilə humanitar yardımla qarşılayırlar.

 BMT-nin məlumatına görə, Qəzzada ərzaq ehtiyatları sürətlə azalır və əsas həyat təminatı resurslarının kəskin çatışmazlığı müşahidə olunur. Bu vəziyyət, İsrailin sərhəd keçidlərini bağlaması nəticəsində daha da pisləşib, bu da mühasirədə olan əraziyə həyati əhəmiyyətli ərzaq məhsullarının çatdırılmasına mane olur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də