Bakıdan rayonlara sərnişinlərin gediş-gəlişi ilə bağlı qərar Operativ Qərargah tərəfindən veriləcək.
RegionTV.info bildirir ki, unu "Qaynarinfo"-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Nuridə Allahyarova bununla bağlı quruma hər hansı bir məlumatın daxil olmadığını bildirib:
"Rayonlararası və şəhərlərarası sərnişindaşıma xidmətinin fəaliyyətinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq mart ayından məhdudiyyət qoyulub".
Qeyd edək ki, 2020-ci ilin mart ayında Nazirlər Kabineti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edib. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Xəbəri paylaş