Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2 yaşlı uşağı kim qaçırıb? - TƏFƏRRÜAT

2 yaşlı uşağı kim qaçırıb? - TƏFƏRRÜAT

Ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.

 Telman Omarov uşağı günorta saatlarından izləyirmiş.

Azyaşlının nənəsi bildirib ki, uşağın itdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb:

“Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb”.

Qeyd edək ki, T.Omarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də