Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda sahibkarlar bu öhdəlikdən azad edildi

Azərbaycanda sahibkarlar bu öhdəlikdən azad edildi

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.

Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də