Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Firuz Səxavət Qarabağ Universitetində konsert verdi - FOTOLAR

Firuz Səxavət Qarabağ Universitetində konsert verdi - FOTOLAR

Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə Qarabağ Universitetindən məlumat verilib. Konsertdə Firuz Səxavəti Ağdam Musiqi kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda Əməkdar artist və tələbələrinin ifasında muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib.

Tədbirdə Firuz Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında çıxış edərək tələbələrin sənət yolunda inkişafı və planları ilə bağlı fikirlərini bölüşüb.

Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edərək onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin davam etdirilməsinin vacibliyini söyləyib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də