
Məşhur aktyor Jan Klod Van Damm Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
O, Rusiyaya gələrək sülh səfiri olmaq istədiyini bildirib.
“Biz Rusiyaya gəlmək istəyirik. Çalışacağıq ki, hər şeyi sizin (red.-Vladimir Putin) istədiyiniz kimi edək. Mən sülh səfiri olmaq istərdim. Belə bir titula sahib olmaq böyük şərəf olardı”, - aktyor müraciətində qeyd edib.