
Tehran şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və İranın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib.
Tədbirdə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Azərbaycanın və İranın xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.