
RegionTV.info xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat sayğacların dəyişdirilməsinə də etiraz edib: “Sayğacları tez-tez niyə dəyişirlər ki? Hətta bəzi hallarda deyirlər ki, sayğacı vətəndaş öz vəsaiti hesabına qoysun. Bilirsiniz ki, SOCAR Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif etsə də, Şura bunu məqsədəmüvafiq hesab etməyib. Mənə minnət qoydular ki, Milli Məclisdə “qazpulu”, “işıqpulu” məsələsini qaldırırsan, ona görə də Tarif Şurası artımdan imtina etdi. Deyə bilmərəm, çıxışımızın buna nə dərəcədə təsiri var. Fakt odur ki, qiymət artımı olmadı. Görünür, düşünüblər ki, Tarif Şurası təbii qazın qiymətini artırmağa cürət etmədisə, başqa varianta əl atmaq lazımdır. Prinsip budur ki, nəyin bahasına olursa-olsun vətəndaşdan pulu artıq almaq lazımdır. Süni qiymət artımı, sayğac dəyişdirilmələri bununla bağlıdır. Sərfiyyatı daha çox hesablamaq üçün mexanizm qurublar”.