Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti fermerləri sevindirəcək qərar qəbul edib. Bəzi cins mal-qaranın və ev quşlarının idxalı gömrük rüsumundan azad edilib. Qərar qiymətlərlə bağlı gözləntilərini necə doğrulda biləcəkmi? Mövzunu ekspertlə davam etdirmişik.
RegionTV.info "xezerxeber.az"-a istinadən bildirir ki, ötən ilin sentyabrında müddəti başa çatan qərar yenidən bərpa edildi. Bəzi mal-qara və ev quşlarının idaxalından gömrük rüsumu tutulmayacaq.
Nazirlər Kabinetinin gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə qərarda belə bir qayda əksini tapıb. Qərara əsasən, bir sıra cins inəklər, safqanlı cins qara mal, həmçinin bəzi yumurtlayan növ toyuqlar idxal edilərkən 31 dekabr 2023-cü il tarixinədək gömrük rüsumundan azad edilir. Analitik Turab Rzayev deyir ki, sözügedən qərarın yenidən qüvvəyə minməsi müsbət tendensiyaya səbəb olacaq. Bu, ilk növbədə ət və süd məhsullarında yarana biləcək qiymət artımının qarşısı alacaq.
Qərar eyni zamanda fermerlərin daha ucuz və güzəştli qiymətlərlə damazlıq mal-qara və ev quşları almalarına fürsət yaradır.
Rüsumlardan azad olunma həm böyük, həm də kiçik və orta fermer təsərrüfatlarının inkişafına müsbət təsir edəcək.
Qeyd edək ki, bu qərar gələn aydan qüvvəyə minəcək. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də