Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ Universitetində 10 fakültə - RƏSMİ

Qarabağ Universitetində 10 fakültə - RƏSMİ

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.

regiontv.info  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələr başqa universitetləri də seçə bilərdilər. Hüquq fakültəsinə qəbul olanlar 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də