Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aygün Attar bayrağımızı niyə ATDI...

Aygün Attar bayrağımızı niyə ATDI...

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim - professor Aygün Attar Prezident  yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvlüyündən azad edilib.

Şuraya yeni təyinatlar barədə məlumat dünən Türkiyənin "Rəsmi Qəzet"ində dərc olunub. Məlum olub ki, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda çalışan Aygün Attarın adı yer almayıb.

Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. O, daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub.

Bu xəbərin Azərbaycandakı bir sıra elektron KİV-lərdə dərc olunması Aygün Attar və onun ətrafını qəzəbləndirib. Maraqlıdır ki, xanım Attar və ətrafı içlərində boğa bilmədikləri qəzəb və kini xəbəri yayan KİV-lərdən yalnız doğru püskürüb. Belə ki, onun Əli Əkbər Tufan adlı “katibi” özünün sosial şəbəkə hesabında Modern.az saytına və onun rəhbərinə qarşı tərbiyəsizlik edib.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı azərbaycanlı alim və əməkdaşının hərəkətlərindən təəssüfləndiyini bildirib. O deyib ki, Aygün Attarın Azərbaycan jurnalistlərinə qarşı qəzəbinin kökündə iki il öncə Ankarada baş verən bir hadisə dayanır.

Belə ki, Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan Mətbuat Şurasının bir qrup üzvü Ankarada olarkən xanım Attarın üçrəngli bayrağımıza sayğısız rəftarına şahid olub. Həmin vaxt Ankarada düzənlənən tədbirdə Aygün Attara kiçik ölçülü Azərbaycan bayraqları verilib ki, əlində saxlasın. Amma o heç kimin gözləmədiyi halda həmin bayraqları zibil qutusuna atıb. Professorun bu aşağılayıcı hərəkəti Azərbaycandan gedən jurnalistlərin heyrəti və etirazı ilə qarşılanıb.

Tədbirə qatılan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xüsusi Təyinatləların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə dərhal Aygün Attara etiraz əlaməti olaraq onun zibil qutusuna atdığı üçrəngli bayraqları oradan götürüb və adı çəkilən xanıma irad bildirib.

“İndi belə bir adamın qul-beçələrinin adi bir xəbərə görə dözümsüzcəsinə Modern.az-ı hədəf seçməsi və tərbiyəsizliyi dolayısıyla onun özünün mövqeyini nümayiş etdirir. “Ərdoğan azərbaycanlı alimi vəzifədən azad etdi” başlığında qıcıq doğuracaq nə var? Biz faktı yazmışıq.
Əminik ki, sosial şəbəkədə tərbiyəsizlik edən o şəxs həmin xanımın sifarişini həyata keçirib. Görünür onlar özlərilə bizi qarışıq salırlar. Belə adamların xaricdə Azərbaycan diasporu adından çıxış etməsinin özü də təhlükəli məqamdır. Bayrağımızı yerə atan adamdan nə desən şey gözləmək olar”, - E.Eyvazlı deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də