Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

17 yaşlı oğlan itkin düşüb

17 yaşlı oğlan itkin düşüb

Qəbələdə 17 yaşlı oğlan itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.

M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də