RegionTV.info xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Hərəkat rəhbəri Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, yanvarın 21-də FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb.
İki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar”.
Qubad İbadoğlu bildirib ki, Moskva prokurorluğu internet nəhəngləri “Facebook”, “TikTok”, “Twitter”, “Google” və “Mail-Group”a, öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib:
“Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri – “meşədə gəzmək”, “sevdiyiniz filmlərə baxmaq”, “ailə üzvləri ilə yemək hazırlamaq” kimi təkliflər edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə, Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır.
Amma artıq Maqadan və Xabarovskda etirazçılar küçələrə axışır. Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar. Bu gün Rusiya çalxalanır. Putinin idarəçiliyindən təngə gələn insanlar yalnız Navalnını müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada həyat şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil”.
Xəbəri paylaş