Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xanlar Vəliyev hakim təyin edildi - Milli Məclisdə and içdi

Xanlar Vəliyev hakim təyin edildi - Milli Məclisdə and içdi

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.

Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib.

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də