Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Siyəzənin işığı KƏSİLƏCƏK

Siyəzənin işığı KƏSİLƏCƏK

Siyəzəndə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Siyəzən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Siyəzən" yarımstansiyasında profilaktiki təmir işlərinin aparılması ilə əlaqədar aprelin 11-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Siyəzən şəhərinin bir hissəsi, Böyük Həmyə, Kiçik Həmyə və Ağbaş kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də