Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həmin sürücünün ayağında elektron qolbaq var imiş

Həmin sürücünün ayağında elektron qolbaq var imiş

Bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

Əldə edilən məlumata görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.

O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib. 

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də