Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan yeni Konstitusiya mətnini 2026-cı ildə hazır edəcək 

Ermənistan yeni Konstitusiya mətnini 2026-cı ildə hazır edəcək 

Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. 

Bunu Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts hökumətin brifinqində deyib.

Onun sözlərinə görə, Konstitusiya İslahatı Şurası buraxılmayıb, o, hazırda fəaliyyət göstərir və mətn üzərində işdə Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir: "Konstitusiya hər bir dövlətin və dövlətçiliyin əsasını təşkil etdiyi üçün qanunauyğunluğu ictimaiyyət tərəfindən şübhə altına alınmayan Konstitusiyaya sahib olmalıyıq".

Nazir müavini qeyd edib ki, preambulada dəyişiklik edilməsi məsələsi müzakirə olunmur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də