Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda aktyor və arvadını öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakıda aktyor və arvadını öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, müttəhim ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il oktyabrın 22-də Bakının Nəsimi rayonunda baş verib.

İttihama görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham olunub.

Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də