Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağ saç, uzun saqqal və qalın qaş - Yeni filmdə fərqli OBRAZ

Ağ saç, uzun saqqal və qalın qaş - Yeni filmdə fərqli OBRAZ

Məşhur britaniyalı aktyor Benedikt Kamberbetç yeni filmdə tamamilə fərqli obrazda tamaşaçı qarşısına çıxacaq.

O, "Phoenician Scheme" adlı yeni qara komediya filmində rol alacaq.

48 yaşlı ulduz aktyor filmdə "Nubar" adlı obrazı canlandıracaq. Yeni filmdə aktyor ağ saçları, uzun saqqalı və qalın qaşları ilə diqqət çəkib.

Yaxın günlərdə təqdim ediləcək filmin rejissoru Ven Andersondur. 

Aktyor daha əvvəl verdiyi müsahibəsində Andersonla əməkdaşlıq etmək istədiyini bildirib. "Niyə illərdir bu baş vermədi deyə düşünürdüm. Kaş bir zaman maşını olardı, keçmişə qayıdıb onunla əvvəlki filmlərdə də işləyə biləydim", – deyə o qeyd edib.

Filmdə Kamberbetç Skarlet Yohanssonla tərəf müqabilidir. Aktyor heyətinə Tom Henks, Villem Defo, İtan Houk, Riz Ahmed və Bill Mürrey kimi məşhur adlar daxil edilib.

1427146

1427144


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də