Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yas mərasimində evin eyvanı uçdu - 5 qadın YARALANDI

Yas mərasimində evin eyvanı uçdu - 5 qadın YARALANDI

Göyçayda yas mərasimində evin eyvanı uçub.

Hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub. 

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də