
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.
İclasda bir sıra məhkəmələrə hakimlərin təyin edilməsi və vəzifədən azad edilməsi müzakirə ediləcək.
Layihəyə görə, Orxan İsmayılov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Zəfər Əhmədov da Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək. Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur.
Füzuli rayon Məhkəməsinin sədri Aqil Əlisa oğlu Musayev də Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.
Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad ediləcək: Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu, Sarıyev Xəyal Əjdər oğlu.