Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbli qız niyə evdən qaçıb? - Özü danışdı

Məktəbli qız niyə evdən qaçıb? - Özü danışdı

Tovuz rayonunda 2012-ci il təvəllüdlü A.Süleymanovanın itkin düşməsi və sonradan tapılması haqqında bəzi təfərrüat məlum olub.

 Qızın hadisə ilə bağlı məlumat verən babasının sözlərinə görə, axtarışlar nəticəsində onun yeri Gəncə şəhərində müəyyən edilib və polis əməkdaşları tərəfindən Tovuz rayonuna gətirilib.

Yeniyetmənin sözlərinə görə, o, məktəbdən çıxaraq piyada gedib və qaranlıq düşdüyü üçün istiqamətini itirib:

"Məktəbdən çıxdım, piyada gedirdim, qaranlıq düşdü. Fəvvarələrdən sola və ya sağa döndüm, tam yadımda deyil, sonra avtobusa minib Gəncəyə getdim. Gecəni bir binada keçirdim, səhər mağazaya getdim, şirniyyat aldım. Məni evdə heç kəs incitməyib, sadəcə fikrimi dağıtmaq üçün, qorxu filmlərini izləyərək qaçdım. Hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, polis və digər aidiyyəti qurumlar hadisə ilə bağlı müvafiq tədbirlər görüblər və qız ailəsinə təhvil verilib.

***



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də