
OpenAI şirkəti tərəfindən hazırlanmış ChatGPT süni intellekt çatbotun istifadəsində xəta yaranıb.
Bu barədə Downdetector portalı məlumat yayıb.
İstifadəçilər çatbotun fəaliyyətində xətalar yarandığını bildiriblər. Ən çox şikayət ABŞ-dakı istifadəçilərdən gəlib. Çatbot nasazlıqları Fransa, Böyük Britaniya, Yaponiya və bir sıra digər ölkələrdə də qeydə alınıb.