Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO

Sumqayıtdan Bakıya qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir.
RegionTV.info  "Xəzər TV"-yə istinadən xəbər verir ki, sərnişinlərin iddiasına görə, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyəti qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.
Bakı-Sumqayıt üzrə həm qeyri-qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.
Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.
Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib-gəlirlər.
Qiymət artımı ilə bağlı "XəzərXəbər"ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşrutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilərlər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır...
Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də