Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İtkin amerikalı hərbçilərdən 3-nün meyiti tapıldı

İtkin amerikalı hərbçilərdən 3-nün meyiti tapıldı

Litvada hərbi təlimlər zamanı itkin düşən 4 amerikalı hərbçinin 3-nün meyiti tapılıb.

Bu barədə ABŞ ordusunun Avropa və Afrika Komandanlığından məlumat verilib.

 “Martın 31-də Litvada 3 amerikalı hərbçinin meyiti tapılıb. Dördüncü hərbçinin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda bildirilib.

 Qeyd edək ki, martın 25-də səhər 4 amerikalı hərbçinin olduğu “M88A2 Herkules” zirehli transportyoru itmişdi. Zirehli maşın martın 26-da bataqlıq ərazidə tapılmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də