Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəhşətli zəlzələdə ölənlərin sayı 700-ə ÇATDI

Dəhşətli zəlzələdə ölənlərin sayı 700-ə ÇATDI
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

Bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

Zəlzələnin episentri Myanma olub, təkanlar beş qonşu ölkədə - Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub.

Ən çox zərər çəkən Taylandın paytaxtı Banqkok və ölkənin əsas logistika, biznes, mədəniyyət və dini mərkəzi olan Myanma, Saqainq və Mandalay şəhərləri olub.

Saqainqdə İrravadi çayı üzərindəki körpü uçub. 19-cu əsrin ortalarında tikilmiş və eyniadlı şəhərdə yerləşən tarixi Mandalay Sarayı qismən dağılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də