Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə bu kanallar cəzalandırıldı

Türkiyədə bu kanallar cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Ali Şurası "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

Qərar Şuranın saytında yayımlanıb.

Qurum telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.

Bundan əlavə, “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub və inzibati cərimələr tətbiq edilib. "NOW TV" və "Ak ll" telekanallarına da cərimələr kəsilib.

Cəzalar İstanbulun həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğluna dəstək məqsədilə keçirilən kütləvi aksiyalar fonunda tətbiq edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də