
Avropa İttifaqı Rusiyaya qarşı növbəti - 17-ci sanksiyalar paketini formalaşdırmağa başlayıb.
Bu barədə “EUObserver” avropalı diplomatlara istinadla məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar üzərində iş başlayıb, lakin çox erkən mərhələdədir:
“Avropa İttifaqının xarici işlər xidməti və Avropa Komissiyası bununla bağlı işləyir və təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq”.