Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT

Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT

Gəncədə həyatını itirən tələbə sirkə turşusundan ölüb.

2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

Qeyd olunur ki, N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də