Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pilot pasportunu götürmədi: təyyarə geri qayıtdı

Pilot pasportunu götürmədi: təyyarə geri qayıtdı

Los-Ancelesdən Şanxaya uçan "United Airlines" şirkətinə məxsus "Boeing 787" sərnişin təyyarəsinin pilotu pasportunu götürməyi unutduğu üçün hava gəmisi geri dönmək məcburiyyətində qalıb.

Bu barədə şirkətdən məlumat verilib.

Bildirilir ki, 257 sərnişin və 13 ekipaj üzvünü daşıyan UA 198 saylı reys təxminən iki saatlıq uçuşdan sonra Sakit Okean üzərindən geri dönüb və San Fransiskoya yönləndirilib.

"Pilotlardan birinin pasportu yanında yox idi. Müştərilərimizin şikayətini həll etmək üçün yeni komanda təşkil etdik və həmin axşam onları təyinat yerlərinə göndərdik. Sərnişinlərə yemək kuponu və kompensasiyalar verildi", - açıqlamada bildirilir.

Təyyarədəki çinli sərnişinlərdən biri pilotun "olduqca qəzəbli tonda" açıqlama verdiyini və "pasportumu unutdum" dediyini bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də