Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynaya qoşun göndəriləcək - Müzakirələr BAŞLAYIR

Ukraynaya qoşun göndəriləcək - Müzakirələr BAŞLAYIR

Qərb hərbi rəsmiləri bu həftə Ukraynaya sülhməramlı missiya göndərilməsi üçün ətraflı planlar hazırlamağa başlayacaqlar.

Bu barədə kanadalı general Stiv Boyvinə istinadən "CBC News" kanalı məlumat yayıb.

Kanadanın xarici və daxili əməliyyatlara cavabdeh olan yüksək səviyyəli generalının dediyinə görə, Qərb hərbi komandirlərinin bu həftə Ukraynada  "istəkli dövlətlər koalisiyası" sülhməramlı missiyası üçün ətraflı planlaşdırmaya başlayacağı gözlənilir

Telekanalın həmsöhbəti onu da bildirib ki, Kanada sülhməramlı missiyanın formalaşmasına töhfə verməyə hazırdır. Onun sözlərinə görə, Ukrayna hərbçilərinə təlim keçən Kanada qoşunları yenidən sülhməramlı fəaliyyətə istiqamətləndirilə bilər.

Qeyd edək ki, son həftələr Avropada Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı fəal müzakirələr gedir. Martın əvvəlində Avropa dövlətlərinin Londonda keçirilən sammitindən sonra Böyük Britaniyanın baş naziri Keir Starmer sülhməramlı kontingentin formalaşdırılmasında iştirak etmək üçün koalisiya yaradıldığını elan edib. Britaniya baş nazirinin sözlərinə görə, koalisiya sammiti martın 27-nə planlaşdırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də