
“Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
Nazir ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.