Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda poliklinikada biabırçılıq: Jurnalist şok faktı açıqladı

Azərbaycanda poliklinikada biabırçı hal yaşanıb.
RegionTV.info "Oxu24.com"-a istinadən xəbər  verir  ki,  bu  barədə  jurnalist Amil  Xəlil  sosial şəbəkələrdə paylaşıb  edib.
Jurnalist 15  saylı poliklinikanı  sərt  tənqid  edib.
Sözügedən postu  təqdim  edirik;
Deməli Biləcəridə 15 saylı  poliklinika var. Buranın arxiv sənəd şöbəsinin işçiləri qədər görəsən səhlənkar insanlar var?
Təsəvvür edin, burada nə qədər insanın sənədləri itir. Deyirsən ki, "niyə xəstələrin məlumat kitabçası yoxdur?" Cavab qısa olur: "itibdəəəə" Elə bil belə də olmalıdır. Misalı özümüzdən çəkim. Bizə aid məlumat kitabçası 3-cü dəfədir itir. Keçən il bir tanışın sənədi isə rəhmətə gedənlərin bölməsindən tapılmışdı.
Səhiyyəmizin bu günü. Belə işçilərə görə insanlar səhiyyədən bezir. Söz yox ki, 15 saylı poliklinikada güclü həkimlər var. Amma belə öz başınalıq, belə səhlənkarlıq düşünmürəm ki, başqa polikilinikalarda olsun... 
Deyirlər ki, xəstə  gedib özü yenidən arxiv sənədləri yığsın!!! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  yəqin ki, bir addım atacaq... Artıq addım atın... Bir xəstənin o qədər vaxtı yoxdur ki, yollara düşüb sənəd yığsın. Belə məsuliyyətsizlik olmaz!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də