Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkidə yanğın: kənd sakinləri də səfərbər oldu - FOTOLAR

Şəkidə yanğın: kənd sakinləri də səfərbər oldu - FOTOLAR

Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.

Hadisə yerinə bir neçə texnika, canlı qüvvə səfərbər olunub. Eyni zamanda, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Baş Şabalıd, Baş Göynük, Şin və Baş Laysqı kəndlərindən sakinlər də yanğının söndürülməsinə cəlb edilib.

 Ərazi yüksək dağlıq və əlverişsiz olması texnikaların hərəkətini çətinləşdirir. Ona görə yanğının söndürülməsi zamanı ancaq əl vasitələrindən istifadə olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də