
RegionTV.info-nun "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.