Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sənəd qəbulunda rekord ARTIM - Yeni ixtisaslar açılacaq, plan yeri artırılacaq

Sənəd qəbulunda rekord ARTIM - Yeni ixtisaslar açılacaq, plan yeri artırılacaq

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün günorta saatlarında başa çatır. Əvvəlki illərlə müqayisədə sənəd qəbulunda artım müşahidə edilib.

İndiyədək 128 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Qeyd edək ki, bu rəqəm əvvəlki illərlə müqayisədə rekord hesab edilir.

Belə ki, ötən il 115 245 abituriyent ərizəsini təsdiqləyib. 2023-cü ildə 107 188 abitutiyent, 2022-ci ildə isə bu rəqəm 99 538 abitutiyent ali məktəbə və kollecə qəbul olmaq arzusunu ifadə edib. Beləliklə, son 3 ildə tələbə olmaq istəyənlərin sayı 25 min nəfərdən çox artıb.

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu verənlərin sayı 124 min nəfərdən çox olub, ötən il bu göstərici 110 min nəfərdən çox idi.

Saytımıza açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali məktəblərə qəbulda ciddi rəqabət olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də