Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Liviya cihad vergisini ləğv etdi

Liviya cihad vergisini ləğv etdi

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası Liviya Cihad Fondu üçün üç faiz vergi nəzərdə tutan 1970-ci ildə qəbul edilmiş qanunu ləğv edib.

Bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb.

Məlumata görə, palatanın qərarına əsasən, işçilərin maaşından cihad vergisinin tutulması dayandırılıb. Ləğv edilmiş qanunun maddəsinə əsasən, pullar fonda islam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək məqsədilə köçürülüb.

 Hazırda Liviyada faktiki olaraq iki hökumət - ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə Milli Birlik Hökuməti var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də