Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin Türkiyə səfəri FOTOLARDA

Prezidentin Türkiyə səfəri FOTOLARDA

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

 Sonra birgə foto çəkdirilib.

 Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub.

 Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə salıblar.

 Sonda xatirə fotosu çəkdirilib.

 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də