Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Respublika Fənn Olimpiadalarının yarımfinal nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının yarımfinal nəticələri açıqlanıb

23 fevral tarixində keçirilən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Qeyd edək ki, respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də