Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev Türkiyəyə GEDİR

İlham Əliyev Türkiyəyə GEDİR

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.

 Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.

 O bildirib ki, səfər Türkiyə liderinin dəvəti ilə baş tutacaq.

 Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

 Səfər çərçivəsində təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı vasitəsilə keçiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də